PDF Oxu

İqtisadiyyat

  • 10

Əfsanəvi Neft Daşlarının 65 illik yubileyi qeyd olunur

Əfsanəvi Neft Daşlarının 65 illik yubileyi qeyd olunur

Əfsanəvi Neft Daşlarının 65 illiyi münasibətilə dünyanın səkkizinci möcüzəsi adlandırılan dəniz şəhərində yubiley tədbirləri keçirilir.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev və şirkətin kollektivi ulu öndər Heydər Əliyevin Neft Daşlarındakı heykəli önünə tər çiçəklər düzüblər.

Daha sonra qaz seperasiya məntəqəsinin lay təzyiqinin saxlanılması sexinin arasında əvəzedici estakadanın açılışı olub. Estakada "Azneft" İstehsalat Birliyinin "28 May" neft və qazçıxarma idarəsinin sifarişi ilə "Neftqaztikinti" trestinin 4 nömrəli tikinti quraşdırma idarəsi tərəfindən inşa olunub.

Neft Daşlarının 65 illik yubiley tədbirləri davam edir.

AzərTAc

Digər xəbərlər