PDF Oxu

İqtisadiyyat

  • 45

On ayda əsas kapitala 13,2 milyard manat vəsait yönəldilib

On ayda əsas kapitala 13,2 milyard manat vəsait yönəldilib

Bu ilin yanvar-oktyabr aylarında inşaat kompleksində bütün maliyyə mənbələrindən əsas kapitala 13,2 milyard manat vəsait yönəldilib.

Dövlət Statistika Komitəsindən AzərTAc-a bildiriblər ki, həmin vəsaitin 6,5 milyard manatı (49,5 faizi) qeyri-dövlət bölməsinə, 6,7 milyard manatı isə dövlət bölməsinə məxsus idarə və təşkilatlar tərəfindən qoyulub.

Bilavasitə tikinti-quraşdırma işlərinə 9,7 milyard manat sərf olunub ki, bu da ümumi vəsaitin 73,5 faizi deməkdir.

Əsas kapitala yönəldilmiş vəsaitin 9,2 milyard manatını və ya 70 faizini daxili, 4 milyard manatını xarici investisiyalar təşkil edib.

Digər xəbərlər