İstehlakçıların elektrik enerjisi təchizatında yaranacaq hər hansı bir problemin qarşısının vaxtında alınması məqsədilə transformator məntəqələrində və elektrik verilişi xətlərində aparılan təmir işləri "Qəbələ" Elektrik Şəbəkəsi Müəssisəsində davam etdirilib.
"Azərenerji" ASC-nin mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, keçirilmiş reydlər zamanı ötən 9 ayda müəssisə üzrə 380-dan artıq qayda pozuntusu aşkarlanıb və 1 milyon 61,6 min kilovat-saata yaxın itirilmiş elektrik enerjisinin 63,7 min manatdan çox istehlak dəyəri bərpa olunub. Bu dövrdə 78,6 milyon kilovat-saatdan artıq elektrik enerjisi istehlak edilib. Nəticədə ötən ilin müvafiq dövrü ilə müqayisədə istehlak 15,9 milyon kilovat-saatdan çox artıb. O cümlədən, daimi əhali istehlakçı qrupu üzrə istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,6 milyon kilovat-saata yaxın artaraq 29 milyon kilovat-saata yaxın olub. Ödənişdə artım qeydə alınıb.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...