PDF Oxu

İqtisadiyyat

  • 34

“Darvin bankası” yatağında qazılan yeni quyudan sutkada 5 ton neft hasil olunacaq

“Darvin bankası” yatağında qazılan yeni quyudan sutkada 5 ton neft hasil olunacaq

"Darvin bankası" yatağındakı 670 nömrəli meydançadan 770 nömrəli quyuda qazma işlərinə başlanılıb.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, "Abşeronneft" neft və qazçıxarma idarəsinin sifarişi ilə kompleks qazma işləri tresti tərəfindən qala lay dəstəsinə qazılan quyunun layihə dərinliyi 1540 metrdir. Quyudan sutkada 5 ton neft hasil olunacağı gözlənilir.

AzərTAc

Digər xəbərlər