PDF Oxu

İqtisadiyyat

  • 34

Mingəçevir elektrik şəbəkəsində ötən ay 10,3 milyon kilovat-saata yaxın elektrik enerjisi istehlak edilib

Mingəçevir elektrik şəbəkəsində ötən ay 10,3 milyon kilovat-saata yaxın elektrik enerjisi istehlak edilib

Bu ilin son üç ayında "Mingəçevir" Elektrik Şəbəkəsi Müəssisəsinin balansına aid olan 10, 6 və 0,4 kilovoltluq (kV) hava xətlərində və transformator məntəqələrində müxtəlif təyinatlı təmir işləri aparılıb. Son 10 ayda keçirilmiş reydlər zamanı istehlakçıların elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilərək itirilmiş elektrik enerjisinin istehlak dəyəri bərpa olunub.

"Azərenerji" ASC-nin mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, bu ilin oktyabr ayında müəssisə üzrə, ümumilikdə 10,3 milyon kilovat-saata yaxın elektrik enerjisi istehlakı həyata keçirilib. Ötən 10 ayda isə 116,4 milyon kilovat-saata yaxın elektrik enerjisi istehlak olunub.

AzərTAc

Digər xəbərlər