PDF Oxu

İqtisadiyyat

  • 23

MDB dövlətlərinin rəhbər şəxsləri Bakıya toplaşacaq

MDB dövlətlərinin rəhbər şəxsləri Bakıya toplaşacaq

Dekabrın 4-ü 2014-cü il tarixində Bakı şəhərində Müstəqil Dövlətlər Birliyinin Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurasının üzv dövlətlərinin rəhbər şəxslərinin iclası keçiriləcək. SİA-nın xəbərinə görə, iclasda Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə yanaşı, Belorus Respublikası Standartlaşdırma üzrə Dövlət Komitəsi, Rusiya Federasiyası Texniki Tənzimləmə və Metrologiya üzrə Federal Agentliyi, Özbəkistan Respublikası Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma Agentliyi, Qazaxıstan Respublikasının İnvestisiyalar və İnkişaf Nazirliyinin Texniki Tənzimləmə və Metrologiya Komitəsi, Ukrayna Respublikasının "Ukrmetrteststandart" Dövlət Müəssisəsi, Qırğızıstan Respublikası İqtisadiyyat Nazirliyi nəzdində Standartlaşdırma və Metrologiya üzrə Mərkəz, Tacikistan Respublikası Standartlaşdırma, Metrologiya, Sertifikatlaşdırma və Ticarət İnspeksiyası Agentliyinin, həmçinin Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şuranın Katibliyinin rəhbər şəxsləri və digərləri iştirak edəcək.İclasda Dövlətlərarası Şuranın 2020-ci ilə qədər inkişaf strategiyası, Müstəqil Dövlətlər Birliyinin iqtisadi inkişaf strategiyası üzrə görüləcək işlər Planının, 2013-2015-ci illər üzrə dövlətlərarası standartlaşdırma üzrə işlər Planının aktuallaşdırılması və reallaşdırılması, keçmiş SSRİ zamanı tətbiq edilən hərbi standartların yenidən baxılması, aktuallaşdırılması və müvafiq təşkilati məsələlər üzrə fikir mübadiləsinin aparılması nəzərdə tutulur.

sia.az

Digər xəbərlər