Cari ilin noyabrında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 11 min 389 metr qazma işi həyata keçirib.
ARDNŞ-in mətbuat xidmətindən bildirilib ki, qazma işlərin 11 min 32 metri istismara, 357 metri isə kəşfiyyata aid olub. Ümumiyyətlə, bu ilin yanvar-noyabr aylarında ARDNŞ üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 118 min 840 metr qazma işi görülüb ki, bunun da 116 min 656 metri istismara, 2 min 184 metri isə kəşfiyyata aiddir.
yap.org.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...