İcbari Sığorta Bürosunun (İSB) üzvü olan sığortaçıların növbədənkənar yığıncağı keçirilib.
İSB-dan AzərTAc-a bildiriblər ki, yığıncaqda büronun 2014-cü il üzrə fəaliyyəti barədə məlumat verilib, "Audatex" şirkəti ilə əməkdaşlıqdan irəli gələn bir sıra məsələlər müzakirə edilib.
Yığıncaqda, həmçinin "İSB-ın informasiya sisteminə büronun internet səhifəsi vasitəsilə qoşulmağa icazə verilməsi Qaydaları"nın ləğv edilməsi məsələsi, o cümlədən büronun tərkibində yaradılmış komissiyalar barədə məlumatlar diqqətə çatdırılıb, habelə 2015-ci ildə qarşıda duran vəzifələr müzakirə olunub.
Eyni zamanda, iştirakçı sığortaçıları İcbari Sığorta Bürosunun Himayəçilər Şurasında təmsil edən üzvün seçilməsi məsələsinə baxılıb. İcbari Sığorta Bürosunun Himayəçilər Şurasının sədri Kamal İbrahimovun səlahiyyətlərinə, öz ərizəsinə əsasən, vaxtından əvvəl xitam verilməsi ilə əlaqədar onun yerinə "Standard Insurance" sığorta şirkəti idarə heyətinin sədri Aydın Rəhmanov yeni üzv seçilib.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...