Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycandan ixrac edilən spirtli və spirtsiz içkilərin ümumi dəyəri 30 054,89 min ABŞ dolları olub. SİA-nın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,5% çoxdur.Hesabat dövrü ərzində ölkədən ixrac edilən spirtli və spirtsiz içkilər ümumi ixracın 0,15%-ni təşkil edib.Eyni zamanda, bu ilin 11 ayında Azərbaycana ölkəyə 65 507,88 min dollar dəyərində spirtli və spirtsiz içkilər idxal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 12,1% çoxdur. Spirtli və spirtsiz içkilər 2014-cü ildə Azərbaycanın ümumi idxalının 0,8%-nə bərabər olub.Qeyd edək ki, hər iki göstəricinin strukturuna sirkə də daxildir.
sia.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...