PDF Oxu

İqtisadiyyat

  • 12

“Nafroqaz” “Qazprom”a 1,65 milyard dollar ödədi

“Nafroqaz” “Qazprom”a 1,65 milyard dollar ödədi

Ukraynanın "Nafroqaz" şirkəti Rusiyanın "Qazprom" şirkətinə 1,65 milyard ABŞ dolları həcmində ödəniş edib. SİA Ukrayna qaz şirkətinin rəsmi saytına istinadən xəbər verir ki, ödəniş Brüssel razılaşması əsasında baş tutub. Belə ki, hələ 2013-cü ilin noyabr-dekabr, 2014-cü ilin isə aprel-iyun aylarında "Nafroqaz" Rusiya qazına görə ümumilikdə 3,1 milyard dollar ödəniş etmişdi. Ödəniş iki tranşla həyata keçirilmişdi. İlk ödəniş isə 1,5 milyard dollar həcmində olub və noyabrın 4-də Rusiya qaz şirkətinin bank hesabına otuzdurulub.

Xatırladaq ki, bir neçə il öncə Rusiya, Ukrayna və Avropa İttifaqı qış mövsümünə hesablanmış qaz planı üzrə saziş imzalamışdı. Bndan əlavə, "Qazprom" və "Nafroqaz" arasında əlavə razılaşma da olmuşdu. Razılaşmaya əsasən, 2015-ci lin martına qədər Rusiya Ukraynaya mavi yanacaq ötürəcək.

sia.az

Digər xəbərlər