PDF Oxu

İqtisadiyyat

  • 20

SOCAR bp əməkdaşlığı İtaliya mətbuatında

SOCAR bp əməkdaşlığı İtaliya mətbuatında

İtaliyanın ASCA xəbər agentliyinin saytında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və bp arasında Xəzər dənizinin Azərbaycan sektorunda, Abşeron yarımadasının ətrafındakı dayazsulu sahədə yerləşən potensial perspektiv strukturlarda birgə geoloji kəşfiyyat işlərinin aparılması və işlənmə haqqında Hasilatın Pay Bölgüsü sazişinin imzalanması ilə bağlı məlumat yerləşdirilib. SİA-nın xəbərinə görə, yazıda SOCAR-ın prezidenti Rövnəq Abdullayevin fikirlərinə də yer verilib: "bp ilə tərəfdaşlığımızı daha da dərinləşdirəcək bu yeni sazişin imzalanması iştirakçı tərəflər - Azərbaycan hökuməti, SOCAR və bp üçün əlamətdar hadisədir. Bununla da əməkdaşlığımızın yeni mərhələsi başlanır. Bu mərhələ bizə imkan verəcək ki, Azərbaycanda neft və qaz hasilatına uzunmüddətli gələcək təmin etmək üçün birgə işləyək".

sia.az

Digər xəbərlər