Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi (DRİ) qeydiyyatda olan radiotezlik istifadəçiləri və radioelektron vasitələr (REV) haqqında statistik məlumatı açıqlayıb. DRİ-dən SİA-ya verilən məlumata görə, 24 dekabr 2014-cü il tarixinə idarədə 437 radiotezlik istifadəçisi (müəssisə, idarə, təşkilat və fiziki şəxslər) qeydiyyatdadır. Onlardan 68 istifadəçi dövlət, 304 istifadəçi kommersiya, 32 istifadəçi xarici təşkilat, 33 istifadəçi isə fiziki şəxslərdir. Bu ilin müvafiq dövrü ərzində 7061 ədəd radioelektron vasitə DRİ-də qeydiyyata alınıb. Qeydiyyatda olan REV-in ümumi sayı 47630 ədəd təşkil edir.
sia.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...