Azərbaycanın neft-qaz sənayesində əhəmiyyətli rola malik "Neft Daşları" yatağındakı 1887 nömrəli meydançadan 2679 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin mətbuat xidmətindən verilən məlumata görə, quyu X horizontdan, 2580-2572 metr intervaldan sutkalıq 25 ton neft hasilatı ilə istismara daxil edilib. Quyuda istismar işləri "Neft Daşları" neft və qazçıxarma idarəsi tərəfindən həyata keçirilir.
yap.org.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...