2014-cü ildə ölkədə ödəniş infrastrukturunun inkişafı davam etmişdir. Son 10 ildə elektron hesablaşmaların həcmi 15 dəfə artaraq ümumi daxili məhsulun iki mislini təşkil edir.
AzərTAc xəbər verir ki, bu sözləri Mərkəzi Bankın sədri Elman Rüstəmov Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı çıxışında deyib.
Elman Rüstəmov qeyd edib ki, plastik kartların sayı artıq 6 milyon ədədə çatır. Son 7 ildə kartlarla əməliyyatların həcmi 3,5 dəfə, POS-terminalların sayı təkcə 2014-cü ildə iki dəfədən çox artmışdır. Elektron bankçılıq xidmətləri də sürətlə inkişaf edir. Hazırda ölkədə 23 bank internet bankçılıq, 15 bank mobil bankçılıq xidmətləri göstərir.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...