PDF Oxu

İqtisadiyyat

  • 15

“Petkim” enerji səmərəliliyini artırmaq və ətraf mühiti qorumaq məqsədilə yeni layihə reallaşdırır

“Petkim” enerji səmərəliliyini artırmaq və ətraf mühiti qorumaq məqsədilə yeni layihə reallaşdırır

\r\n Bir müddət əvvəl təxminən 200 milyon dollar sərmayə ilə öz istehsal tutumunu 13 faiz artıran və neft-kimya sahəsində Türkiyənin tək yerli xammal istehsalçısı olan "Petkim" enerji səmərəliliyini artırmaq və ətraf mühiti qorumaq məqsədilə yeni layihə reallaşdırır. "Petkim"in zavodlarından çıxan məhsulların daşınmasında istifadə edilən altlıqları taxtadan təkrar istehsallı plastikə çevirən şirkət beləliklə ildə 11 mindən çox ağacın kəsilməsinin qarşısını almağa nail olacaq. Altlığın çəkisini 40 kiloqramdan 11 kiloqramadək azaldacaq bu layihə daşınma əsnasında nəqliyyat vasitələrinin maye yanacaq istifadəsi ilə bağlı yaranan karbon təsirini 27 faizədək azaldacaq.

\r\n

\r\n AzərTAc xəbər verir ki, bu barədə "Petkim Petrokimya Holding A.Ş."nin baş direktoru Sadəddin Qorqud məlumat verib. O, hər il quru yolu ilə sənaye müştərilərinə çatdırılan xammalın miqdarının 600 min tona və qət edilən yolun isə 13 milyon kilometrə çatdığını deyib. S.Qorqud şirkətdə plastik altlıqlardan istifadə edilməyə başlanılmaqla daşınma ilə bağlı ortaya çıxan "CO2" emissiyasında əhəmiyyətli dərəcədə azalmaların olacağını bildirib.

\r\n

\r\n Baş direktor yalnız Türkiyə daxilindəki müştərilərə çatdırmaq məqsədilə hazırlanan xammal üçün ildə 350 minə yaxın altlıqdan istifadə edildiyini, taxta altlıq əvəzinə plastik altlıq tətbiqinə keçməklə ətraf mühitin qorunmasına nail olunacağını qeyd edib. Bildirilib ki, təkrar istehsallı plastik altlıqlar taxtalara nisbətən 10 qat daha çox uzunömürlüdür.

\r\n

\r\n AzərTAc

\r\n

\r\n

\r\n

Digər xəbərlər