Azərbaycan dünya iqtisadiyyatının mühüm tərkib hissəsidir. Son 10 ildə milli iqtisadiyyatımız qlobal iqtisadiyyata inteqrasiyası əhəmiyyətli dərəcədə dərinləşmişdir. Hazırda əmtəə və xidmətlər üzrə xarici ticarət dövriyyəsi ümumi daxili məhsulumuzun təxminən 76 faizini təşkil edir. Bu, ölkənin qlobal iqtisadiyyata açıqlığının göstəricisidir. Həcmi 54 milyard dollara çatan mal və xidmətlər üzrə xarici ticarət dövriyyəsi son 10 ildə 7 dəfə artmışdır.
AzərTAc xəbər verir ki, bu fikirləri Mərkəzi Bankın sədri Elman Rüstəmov Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı çıxışında bildirib.
Mərkəzi Bankın sədri deyib: "Milli iqtisadiyyatımız bütün xarici konyukturanın pisləşməsinə baxmayaraq möhkəm mövqelərə malikdir. 2014-cü ildə Azərbaycanın tədiyyə balansının cari hesabında 11 milyard dollardan çox profisit gözlənilir. İxracın həcmi idxalı 2,6 dəfə üstələyəcəkdir. Son illər ərzində ilk dəfə idxalın təxminən 20 faizədək azalması, - bu, yəqin ki, ölkənin özünütəminat səviyyəsinin yüksəlməsi ilə əlaqədardır, - xarici ticarət balansına müsbət təsir etmişdir".
E.Rüstəmov diqqətə çatdırıb ki, ölkənin strateji valyuta ehtiyatları, artıq qeyd olunduğu kimi, artmışdır və bu gün ümumi daxili məhsulun 70 faizinə çatır. Bu göstərici üzrə ölkəmiz dünyada ilk iyirmilikdəki yerini qoruyur. Strateji ehtiyatlar xarici dövlət borcunu 8 dəfədən çox üstələyir və üçillik əmtəə və xidmət idxalını örtür.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...