PDF Oxu

İqtisadiyyat

  • 19

Azərbaycan şirkətləri İtaliyada keçiriləcək sərgilərə dəvət olunublar

Azərbaycan şirkətləri İtaliyada keçiriləcək sərgilərə dəvət olunublar

Azərbaycan şirkətləri İtaliyada eyni vaxtda keçiriləcək iki sərgiyə dəvət olunublar.

Fevralın 25–dən 27-nə kimi İtalyanın Milan şəhərində SIMAC (ayaqqabı və dəri sənayesi üçün avadanlıq və texnologiyaları) və TANNING TECH (dəri emalı üçün avadanlıq və texnologiyaları) sərgiləri keçiriləcək.

İtaliyanın Azərbaycandakı səfirliyinin əlaqələrinin inkişafı üzrə departamenti olan İtaliya Ticarət Mərkəzindən (İtalian Trade Commission - I.C.E) AzərTAc-a verilən məlumata görə SIMAC sərgisində, ayaqqabı və dəri sənayesi üçün avadanlıq və texnologiyalarının istehsalı ilə məşğul olan qurumların nümayəndələri, TANNING TECH sərgisində isə dəri emalı üçün avadanlıq və texnologiyalarının istehsalçıları iştirak edəcəklər.

AzərTAc

Digər xəbərlər