PDF Oxu

İqtisadiyyat

  • 15

Azərbaycanda ötən il elektron pərakəndə ticarət dövriyyəsinin həcmi 6,4 milyon manat olub

Azərbaycanda ötən il elektron pərakəndə ticarət dövriyyəsinin həcmi 6,4 milyon manat olub

Ötən il ölkədə həyata keçirilən elektron ticarətin həcmi 6,4 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən AzərTAc-a verilən məlumata görə, 2014-cü ildə elektron pərakəndə ticarət dövriyyəsinin həcmi əvvəlki ilə nisbətən 2,4 dəfə artıb. Əhali onlayn rejimində sifariş verdikləri istehlak mallarının 91,3 faizini hüquqi şəxslərin, 8,7 faizini fərdi sahibkarların ticarət şəbəkələrindən alıb.

Elektron ticarət dövriyyəsinin 94,6 faizini qeyri-ərzaq malları təşkil edib.

AzərTAc

Digər xəbərlər