"Hal-hazırda Bakı – Tiflis – Qars Dəmiryolunda işlər görülür. Qrafik üzrə 2015-ci ildə artıq qatarlar vasitəsilə Türkiyəyə gedə biləcəyik". Bu sözləri SİA-ya açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat katibi Nadir Əzməmmədov deyib.Onun sözlərinə görə, ilk növbədə yük qatarları hərəkət edəcək: "Bu, təhlükəsizlik baxımından daha uyğundur. Bu ilin sonunda artıq sərnişin qatarlarının da hərəkəti gözlənilir. Plana əsasən ilk növbədə yük qatarları hərəkət edəcək. Yəni, ilk növbədə yük qatarları yola buraxılacaq, daha sonra isə sərnişin qatarları. Yük qatarlarının ilk hərəkəti təhlükəsizliyə görədir. İldə 5-6 milyon ton yük daşınması həyata keçiriləcək".
sia.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...