PDF Oxu

İqtisadiyyat

  • 36

Vüqar Bayramov: “2015-ci ildə qızılın dəyər qazanacağı proqnozlaşdırılır”

Vüqar Bayramov: “2015-ci ildə qızılın dəyər qazanacağı proqnozlaşdırılır”

"Qızılın qiyməti dünya bazarında son ayların ilk rekorduna imza atıb. Qiymətli daş-qaşın qramının qiyməti yüksələrək son 5 ayda ilk dəfə olaraq psixoloji 40 dollarlıq həddi yenidən keçib". SİA-nın məlumatına görə, bunu iqtisadçı ekspert Vüqar Bayramov deyib. O bildirib ki, dünya bazarında neftin qiymətinin aşağı düşməsi və iqtisadi böhran bir neçə ölkənin valyuta ehtiyatlarını daha az riskli olan qızıla çevirməsinə səbəb olub: "İndi dünya bazarında qızılın 1 qramı 40.65 dollara, unsiyası isə 1265 dollara təklif edilir. Dəyərini son günlər 2 faiz artıra bilən qızıl son ayda 6 faiz bahalaşıb. Qızıla tələbatın artması onun dünya bazar qiymətinin yüksəlməsinə səbəb olub. Belə ki, son aylar bir sıra ölkələr, o cümlədən Çin, Qazaxıstan, Türkiyə, Hindistan və hətta Rusiya öz ehtiyatlarının bir hissəsini qızıla çevirmək qərarına gəliblər. 24.7 ton qızıl alan Qazaxıstan Mərkəzi Bankı öz qızıl ehtiyatlarını 181.9 tona çatdırıb. MDB-nin digər üzvü olan Rusiya isə 7.23 ton qızıl alaraq öz ehtiyatlarını 1113 tona yüksəldib. 2012-2014-cü illərdə qızılın düya bazar qiymətinin azalması və yeni qlobal iqtisadi böhran qorxusu inkişaf etməkdə olan ölkələrdə qızıla tələbatı artırıb. Qızılın qiymətinin artmasının digər səbəbi isə neft və valyuta bazarında müşahidə edilən çalxalanmalar fonunda investorların öz pullarını daha az riskli istiqamətə yönəltməsi ilə bağlıdır.Ekspert qızılın qiymətində hazırda artımın olmadığını bildirsə də, yaxın gələcəkdə Azərbaycanda qiymət artımının olacağını ifadə edib: "Qızılın qiymətindəki artım tempinin davam edəcəyi proqnozlaşdırılsa da hələlik kəskin yüksəliş gözlənilmir. Bununla belə, 2015-ci ildə bütövlükdə qızılın dəyər qazanacağı proqnozlaşdırılır. Azərbaycanda da qızılın qiymətində yaxın günlərdə artımların olacağı gözlənilir. Bunun əsas səbəbi dünya bazarında müşahidə edilən artımlar nəticəsində idxal olunan anoloji məhsulların xərcinin yüksəlməsi ilə yanaşı bu ilin yanvarın 1-dən aksiz vergisi dərəcəsinin artırılması ilə bağlıdır".

sia.az

Digər xəbərlər