Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. Ötən ilin dekabr ayının 1-i vəziyyətinə Azərbaycan əhalisinin sayı 9 milyon 583 (9 583,2) min nəfərə çataraq, ilin əvvəlindən 106,1 min nəfər və ya 1,1% artıb. Bu barədəDövlət Statistika Komitəsindən məlumat verilib.
Məlumata görə, əhalinin sıxlığı bir kvadrat kilometrə 111 nəfər olub. Hazırda hər 1000 nəfər kişiyə 1011 nəfər qadın düşür. Əhalinin ümumi sayının 53,2%-ni şəhər, 46,8%-ni kənd sakinləri təşkil edir.
Son illər doğum səviyyəsi yüksək olaraq qalmaqdadır. Ötən ilin yanvar-noyabr ayları ərzində ölkədə 156,2 min körpə doğulub və əhalinin hər 1000 nəfərinə hesabı ilə doğulanların sayı 18,0 təşkil edib. Doğulan körpələrin 53,6%-i oğlan, 46,4%-i isə qız uşaqlarından ibarət olub.
İlin əvvəlindən ölkədə 50,9 min ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə hesabı ilə ölənlərin sayı 5,9 təşkil edib.
sia.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...