"Bakı" İstilik Elektrik Mərkəzində ötən il elektrik enerjisinin istehsalı 627,8 milyon kilovat-saatdan artıq olub.
"Azərenerji" ASC-nin mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, paytaxtın müəyyən hissəsinin elektrik enerjisi tələbatının təmin edilməsində müstəsna rol oynayan elektrik mərkəzinin dayanıqlılığı artırılıb. Hazırda burada sutka ərzində təxminən 2 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal olunur. Əlavə tələbat yaranacağı halda, bu həcmin daha da artırılması imkanları mövcuddur. Stansiya dispetçer qrafikinə uyğun iş rejimində fəaliyyətini davam etdirir.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...