PDF Oxu

İqtisadiyyat

  • 45

AIESEC Azərbaycan təşkilatı üzvlük qəbulu elan edir

AIESEC Azərbaycan təşkilatı üzvlük qəbulu elan edir

AIESEC təşkilatı dünyanın 125 ölkəsində olmaqla 100.000-dən artıq üzvə malikdir. SİA-nın məlumatına görə, artıq 8 ildir ki,təşkilat Azərbaycan gənclərinin inkişafında da aktiv iştirak edir. AIESEC Azərbaycan təşkilatının 250-ə yaxın üzvü var və ildə iki dəfə, yaz və payız aylarında olmaqla üzvlük qəbulu elan edir. Beləliklə, AIESEC-ə üzv olmaq istəyən tələbələr fevral ayının 12-ə qədər www.aiesec.az saytının 'JOIN US' bölməsinə daxil olaraq onlayn ərizə formasını doldurmalıdırlar. Qeyd edək ki, AIESEC təşkilatının başlıca məqsədi beynəlxalq və yerli təcrübə proqramları vasitəsilə gənclərin liderlik bacarıqlarını genişləndirməkdir.

Əgər sən də öz gəncliyini rəngarəng, səmərəli, faydalı və dünyanı kəşf edərək keçirmək istəyirsənsə, onda AIESEC məhz sənin üçündür!Qeyd edək ki, AIESEC təşkilatının media partnyoru SİA.az saytıdır.

sia.az

Digər xəbərlər