PDF Oxu

İqtisadiyyat

  • 45

Sahibkarlar üçün 150 minə yaxın müxtəlif materiallar çap edilib

Sahibkarlar üçün 150 minə yaxın müxtəlif materiallar çap edilib

Ötən il İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən vətəndaşların, sahibkarların, istehlakçıların maarifləndirilməsi üçün bir sıra çap materialları – kitab, bülleten, kataloq, broşur, buklet və s. çap olunub. Nazirlikdən SİA-ya verilən məlumata görə, 2014-cü ilin ölkəmizdə "Sənaye ili" elan edilməsi ilə bağlı bir çox işlər görülüb, eyni zamanda Azərbaycanın sənaye potensialına dair müxtəlif çap məhsulları – "Azərbaycan sənayesi, şirkətlər, məhsullar" adlı kataloq, "Azərbaycan sənayesi üç əsrdə" fotoalbomu, "Azerbaijan industry" və "İlin sənaye şirkətləri" broşurları nəşr olunub. Bundan başqa, ötən il Sumqayıt Kimya Sənaye və Balaxanı Sənaye parkları barədə də müxtəlif materiallar çap olunub.Xarici iş adamlarının və investorların ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti, Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrinə, potensial investisiya layihələrinə, eləcə də beynəlxalq hesabatlarda ölkəmizin mövqeyinə dair məlumatlandırılması üçün müxtəlif kitab, broşur və disklər hazırlanıb.Özəl sektorun inkişafına dəstək mexanizmlərindən olan Sahibkarlığa Kömək Milli Fondu tərəfindən sahibkarların maarifləndirilməsi və sahibkarlıq fəaliyyətinin təşviq edilməsi məqsədilə 2014-cü ildə nümunəvi investisiya layihələri və biznes planlar, "Sahibkarların məlumat kitabçası" və Fondun fəaliyyətinə dair bukletlər çap olunub.Vətəndaşların mənzil qanunvericiliyi ilə bağlı maarifləndirilməsi də ötən il diqqət mərkəzində saxlanılıb və bu məqsədilə Mənzil Məcəlləsinə, eləcə də bu sahə ilə bağlı digər normativ hüquqi sənədlərə dair məlumatların əks olunduğu "Mənzil fondunun yeni idarəetmə üsullarına dair sənədlər toplusu" və "Mənzil hüquqlarımız: Nələri bilməliyik" broşurları nəşr edilib.İstehlakçıların maarifləndirilməsi və sahibkarların istehlakçı hüquqlarına dair məlumatlandırılması məqsədilə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən 2014-cü ildə 16 adda 88 min buklet və 6 adda 6 mindən artıq yaddaş kitabçası çap olunub.Ümumilikdə, 2014-cü ildə İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən 56 adda 150 minə yaxın maarifləndirici və məlumatlandırıcı materiallar çap olunub, nazirlik tərəfindən Azərbaycanda və xarici ölkələrdə keçirilmiş müxtəlif tədbirlərdə paylanıb.

sia.az

Digər xəbərlər