Bu gün Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nizami rayon idarəsinin yeni inzibati binası istifadəyə verilib. SİA-nın məlumatına görə, açılış mərasimində xidmət rəisi Arzu Rəhimov, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov, xidmətin "Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı" MMC-nin sədri Şahvələd Əliyev və xidmətin əməkdaşları iştirak edib.Açılış mərasimindən sonra xidmət rəisi Arzu Rəhimov binada yaradılan şəraitlə tanış olub.
sia.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...