PDF Oxu

İqtisadiyyat

  • 23

Şahin Mustafayev: “İqtisadi zonalarda fəaliyyət şəraiti yaradılır” AÇIQLAMA

Şahin Mustafayev: “İqtisadi zonalarda fəaliyyət şəraiti yaradılır” AÇIQLAMA

"Azərbaycan – İran əlaqələri çox uğurlu və dinamik inkişaf edir. Xüsusilə son 1 ildən artıq müddətdir ki, bu əlaqələrimiz daha da yaxşı inkişaf etdirilib. Bu, ölkə başçılarımızın siyasi iradəsinin nəticəsidir". Bu sözləri İran İslam inqilabının qələbəsinin 36-cı ildönümü münasibətilə təşkil edilən ziyafət zamanı jurnalistlərə verdiyi açıqlamasında iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev deyib. Onun sözlərinə görə, ölkə prezidentlərinin sadəcə 1 il ərzində 4 dəfə görüşməsi hər iki ölkənin əlaqələrinin daha da yaxşılaşmasından xəbər verir: "Keçən ilin yanvarından artıq Prezidentlərimiz 4 dəfə görüşüblər, qarşılıqlı rəsmi səfərlər ediblər. Azərbaycan prezidenti cənab İlham Əliyev Tehrana səfər etdi. Bunun qarşılığında İran prezidenti Həsən Ruhani Azərbaycanda səfərdə olub, Eyni zamanda Rusiyanın Astraxan şəhərində görüşləri oldu. Bundan öncə isə Davos Forumunda görüşmüşdülər. Bu görüşlərin, aparılan danışıqların, imzalanan sənədlərin nəticəsidir ki, bu gün biz qeyd edə bilirik ki, ölkələrimiz arasında əlaqələr çox uğurla inkişaf edir. Ən əsası bu əlaqələr bütün sahələrdə uğurla inkişaf etdirilir. Həm siyasi, həm də iqtisadi əlaqələrimiz, həmçinin humanitar sahədəki əlaqələrimiz çox uğurla inkişaf edir və bu nəticələr göz qabağındadır".Nazir həmçinin İranla Azərbaycan arasında xüsusi iqtisadi zonaların yaradılması məsələsinə də toxundu. Vurğuladı ki, hər iki ölkənin işadamları üçün münbit biznes şəaiti yaradılıb. Qarşılıqlı addımların atılması isə özlərindən asılı olan bir məsələdir, dövlətlərimiz qarşılıqlı əlaqələr üçün addımlar atır: "Xüsusi iqtisadi zonalarda fəaliyyət şəraiti işadamları üçün yaradılır. Xüsusi iqtisadi zonalar və ya azad iqtisadi zonalar işadamları üçün biznes mühitinin yaxşılaşdırılması istiqamətində yaradılan bir şəraitdir. Hər iki ölkə işadamlarının əlaqələrini genişləndirməkdə maraqlıdır. Biz bu istiqamətdə təşviq işləri aparırıq. Geriyə qalan məsələ isə işadamlarından asılıdır. Əgər işadamları üçün bu münbit şərait yaradılıbsa hökümətlər onları sadəcə bu işlərə təşviq edə bilərlər".

sia.az

Digər xəbərlər