Dünya birjalarında neftin qiyməti artıb.
Nyu-Yorkun NYMEX ("New York Mercantile Exchange") birjasında WTI markalı neftin bir barrelinin qiyməti 2,37 dollar bahalaşaraq 51,21 dollar, Londonun İCE ("İnterContinental Exchange Futures") birjasında isə "Brent" markalı neftin bir barrelinin qiyməti 2,39 dollar qalxaraq 57,05 dollar olub.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin marketinq və iqtisadi əməliyyatlar idarəsindən AzərTAc-a verilən məlumata görə, "AzəriLayt" markalı neftin bir barrelinin qiyməti London birjasında 2,06 dollar artaraq 59,84 dollar təşkil edib.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...