"Bakı Sığorta" ASC-nin adi, sənədsiz, adlı səhmlərinin fevralın 20-dən "Bakı Fond Birjası" QSC-də (BFB) alternativ bazar seqmentində yerləşdirilməsinə başlanılması nəzərdə tutulur.
BFB-dən AzərTAc-a bildiriblər ki, emissiyanın məbləği 1 milyon 160 min manat, qiymətli kağızın miqdarı 1316 ədəd, nominal dəyəri 760 manatdır. "İnvest-AZ" MMC anderrayter vəzifəsində çıxış edir. Yerləşdirmə aprelin 2-də başa çatacaq.
Səhmləri əldə etmək istəyənlər BFB-nin üzvü olan və broker lisenziyasına malik təşkilata müraciət edə bilərlər. Səhmlərin emissiya prospekti BFB-nin internet saytının (www.bfb.az) "Emitentlər" bölməsində yerləşdirilib.
sia.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...