PDF Oxu

İqtisadiyyat

  • 14

SOCAR-ın İdarəsinin fəaliyyəti müsbət qiymətləndirilib

SOCAR-ın İdarəsinin fəaliyyəti müsbət qiymətləndirilib

SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində 2014-cü ilin yekunlarına həsr olunan hesabat iclasında müəssisə tərəfindən fəaliyyət proqramının SOCAR rəhbərliyinin dəstəyi ilə uğurla həyata keçirildiyi bildirilib.

SOCAR-dan AzərTAc-a verilən məlumata görə, ötən il plan-cədvələ əsasən, 10 min 900 dinləyici müxtəlif təyinatlı kurslara cəlb edilib, qurumun struktur bölmələrinin sifarişi əsasında 1046 nəfərin, kənar təşkilatların sifarişi əsasında isə 11 nəfərin qaynaqçı bacarıqları yoxlanılıb.

İclasda, həmçinin idarənin illik maliyyə-təsərrüfat fəaliyyətini əks etdirən hesabat dinlənilib.

Qeyd olunub ki, SOCAR-ın yeni loqotipinin tətbiqi ilə əlaqədar ötən ilin sonlarından etibarən struktur bölmələrdə aparılan hazırlıq işləri, ISO standartlarının tətbiqi əsasında Nəqliyyat İdarəsinə OHSAS 18001, Bakı Ali Neft Məktəbinə ISO 9001, ISO 14001 və OHSAS 18001, Dalğıc və Qəza-Xilasetmə İşləri İdarəsinə ISO 9001, ISO 14001 və OHSAS 18001 standartları üzrə beynəlxalq sertifikatların verilməsi istiqamətində görülən işlər müsbət nəticələnib.

AzərTAc

Digər xəbərlər