Ötən ildə "Azəri-Çıraq-Günəşli"nin (AÇG) fəaliyyətində mühüm bir nailiyyət – Çıraq Neft Layihəsi çərçivəsində ilk neft əldə olunub.
"bp-Azərbaycan" şirkətindən AzərTAc-a bildiriblər ki, Qərbi Çıraq platforması yanvar ayının 28-də öncə qazılmış quyuların birindən hasilata başlayıb. O vaxtdan bəri platformadan hasilat artaraq altı quyudan indiki həddinə – gündə təqribən 90 min barreldən artıq səviyyəyə çatıb.
2014-cü ildə AÇG-də stabil hasilat davam edib. İl ərzində AÇG-dən ümumi hasilat – Çıraq (61 900), Mərkəzi Azəri (156 500), Qərbi Azəri (149 300), Şərqi Azəri (74 200), Dərinsulu Günəşli (145 900) və Qərbi Çıraq (50 200) platformalarından birlikdə – gündə orta hesabla 638 000 barel (b/g) və ya ümumilikdə 233 milyon barrel, yəni təqribən 31,5 milyon ton təşkil edib.
AÇG-nin illik iş proqramının bir hissəsi olaraq, oktyabrın 31-dən noyabrın 27-dək Mərkəzi Azəri platformasında planlaşdırılmış profilaktik işlər həyata keçirilib. Bu cür işlər platformalardakı qurğu və avadanlıqların indiyədək AÇG-də əldə edilmiş ümumi yüksək səmərəliliyini təmin etməyin mühüm hissəsidir.
Azər TAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...