PDF Oxu

İqtisadiyyat

  • 33

Qaradağda inşa edilən tullantı mərkəzi 2016-cı işə başlayacaq

Qaradağda inşa edilən tullantı mərkəzi 2016-cı işə başlayacaq

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) "bp Azerbaijan" şirkəti ilə birgə Bakının Qaradağ rayonunda inşa etdiyi tullantı mərkəzinin 2016-cı ildən tam fəaliyyətə başlaması nəzərdə tutulub.

AzərTAc xəbər verir ki, bu barədə SOCAR-ın ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə məlumat verib.

R.Hüseynzadə bildirib ki, həmin tullantı mərkəzində vaxtilə ətraf mühitə atılan lay suları, qazma və neft şlamı təmizlənəcək. Tikintisini SOCAR-ın həyata keçirdiyi mərkəz üçün Almaniyanın "ECON" şirkətindən 15 milyon dollar dəyərində müasir texnologiya ilə işləyən qurğular alınıb.

AzərTAc

Digər xəbərlər