PDF Oxu

İqtisadiyyat

  • 24

“Azəriqaz” ödənişləri asanlaşdırdı

“Azəriqaz” ödənişləri asanlaşdırdı

"Azəriqaz" İstehsalat Birliyi ödənişlərlə bağlı yarana biləcək texniki problemləri aradan qaldırmaq məqsədi ilə "İtron" tipli smart qaz sayğacları quraşdırmağa başlayıb.

İstehsalat Birliyindən verilən məlumata görə, Bakı şəhəri və Abşeron rayonunda abonentlərin mənzillərində quraşdırılmış 17 min 972 ədəd "Actaris" Gulf tipli qaz sayğaclarının kartlarına ödəniş zamanı abonentlər bir sıra çətinliklər yaşayır. Bunun qarşısını almaq məqsədi ilə Bakı şəhəri və Abşeron rayonu ərazilərində qazlaşdırma işləri aparılarkən artıq kütləvi şəkildə Gulf tipli sayğaclar deyil, "İtron" tipli smart qaz sayğacları quraşdırılır.

Gulf tipli sayğaclara malik olan 17 min 972 abonentin ödənişləri daha rahat aparmaları üçün isə "Actaris" Gulf tipli sayğacların proqram təminatının dəyişdirilməsi və "İtron" smart tipli qaz sayğaclarına uyğunlaşdırılmasına başlanılıb. İşlər başa çatdırıldıqdan sonra "Actaris" Gulf tipli qaz sayğaclarından istifadə edən abonentlər smart-kartlara ödənişləri yalnız "Kapital" bank filiallarından deyil, istənilən ödəniş terminallarından həyata keçirə biləcəklər.

sia.az

Digər xəbərlər