İstehlak bazarında süni qiymət artımının və sui-istifadə hallarının qarşısının alınması məqsədilə intensiv nəzarət tədbirləri davam etdirilir.SİA-nın məlumatına görə, aidiyyəti dövlət qurumları ilə birlikdə görülmüş tədbirlər nəticəsində əsas ərzaq məhsullarının və dərman preparatlarının satış qiymətlərinin əvvəlki səviyyədə saxlanılması təmin edilib. Qiymətlərin süni artımının qarşısının alınmasında fəaliyyətini intensivləşdirən İqtisadiyyat və Sənaye Nazirliyi məsələ ilə əlaqədar yaydığı xəbərdarlıqda belə deyir: "İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti bir daha xəbərdarlıq edir ki, süni qiymət artımına yol verən təsərrüfat subyektləri barədə qanunvericilikdə nəzərdə tutulmuş ən ciddi tədbirlər görüləcəkdir".
sia.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...