PDF Oxu

İqtisadiyyat

  • 42

“Excelsior Hotel Baku” təlim keçirəcək

“Excelsior Hotel Baku” təlim keçirəcək

Korporativ Sosial Məsuliyyət çərçivəsində "Excelsior Hotel Baku" ali məktəblərin yuxarı kurs tələbələrinə ictimaiyyətlə əlaqələr mövzusunda təlim keçirməyi planlaşdırır. Təlimin keçirilməsi 4 aprel 2015-cü il tarixində "Excelsior Hotel Baku" otelinin biznes-mərkəzində nəzərdə tutulur. Təlimdə iştirak etmək istəyən şəxslər [email protected] ünvanına məktub yazaraq müraciət edə bilərlər. Məktubda şəxsi məlumat və təhsil müəssisəsinin adı qeyd olunmaqla tələbə biletinin/qiymət kitabçasının skan olunmuş versiyası əlavə edilməlidir.Təlim "AtaHolding" şirkətinin Kommunikasiyalar Şöbəsinin rəisi Dilarə Zamanova tərəfindən keçiriləcək. Təlim əsasında Dilarə Zamanova öz növbəsində şirkətin müsbət nüfuzunun effektiv İctimaiyyətlə Əlaqələr işinin qurulması əsasında təmin edilməsi üzrə əsas metod və texnologiyalardan bəhs edəcək. "Excelsior Hotel Baku" otelində bir "İmperial" lyuks, 2 "Royal" lyuks, 45 "Heritage"-standart, 9 "Duke"- kiçik nömrə, biznes mərkəzi, restoranlar, "Aura" sağlamlıq mərkəzi və digər obyektlər fəaliyyət göstərir.

sia.az

Digər xəbərlər