Martın 17-də Trans-Anadolu qaz boru kəmərinin (TANAP) Türkiyənin ərazisindən keçən hissəsinin tikintisinə başlanılacaq.
Bu barədə Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Taner Yıldız məlumat verib. Nazir bildirib ki, TANAP həm Türkiyə, həm Azərbaycan üçün əhəmiyyətli və strateji layihədir.
Qeyd edək ki, TANAP ilə Avropaya 10 milyard, Türkiyəyə isə 6 milyard kubmetr Azərbaycan təbii qazının nəqli nəzərdə tutulur. Boru kəmərinin 2018-ci ildə istismara verilməsi planlaşdırılır.
yap.org.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...