"Günəşli" yatağındakı 15 nömrəli dərin dəniz özülündən 285 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib. Quyu fasilə lay dəstəsindən, 3030-3011 metr intervaldan gündəlik 60 ton neft və 15 min kubmetr təbii qaz hasilatı ilə istismara daxil edilib.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin mətbuat xidmətindən verilən məlumata görə, quyuda istismar işləri "28 May" neft və qaz çıxarma idarəsi tərəfindən həyata keçirilir.
yap.org.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...