PDF Oxu

İqtisadiyyat

  • 29

Evsiz gənclərə şad xəbər

Evsiz gənclərə şad xəbər

Hökumət "Sosial Mənzil Proqramı" qəbul edə bilər

Hazırda gənclərin bir çoxu ev almaq üçün ipoteka proqramından yararlanmağa çalışır. Ancaq bu, mənzil sahibi olmaq istəyən hər kəs üçün əlçatan olmur. Buna görə Azərbaycanda sosial mənzil proqramının qəbulu təklif edilir.Əgər bu proqram qəbul olunarsa, on minlərlə insan asanlıqla ev sahibi ola bilər.

Az təminatlı ailələrin mənzil sahib olması daha asan ola bilər.Bu millət vəkili Musa Quliyevin təklif etdiyi hökümətin sosial mənzil proqramı sayəsində mümkün ola bilər. Bu proqrama zərurət ondan yaranır ki, təkcə ipoteka ilə hamını mənzillə təmin etmək praktiki olaraq mümkün deyil.

Bəs bu mənzillərin qiyməti necə ucuzlaşdırılacaq ki, əlçatan olsun. Millət vəkili təklif edir ki, sosial mənzillərin tikintisini həm dövlət, həm də dövlətlə müqavilə bağlayan şirkətlər həyata keçirsin. Binaların ucuz başa gəlməsi üçün isə onlara güzəştlər paketi təklif olunsun...

Güzəştlərə görə şirkətlər də belə binaların tikilməsində maraqlı olacaqlar.Nəticə etibarı ilə insanlar aylıq kirayə haqqı kimi verdikləri məbləği sosial mənzillərə verməklə 10-15 il ərzində həmin evlərin sahibi olacaqlar. Sosial Mənzil proqramı ilə bağlı təklif martın 17-də hökümətin hesabat iclasında da qaldırılacaq.

sia.az

Digər xəbərlər