Bu il fevralın 1-nə əhalinin banklardakı əmanətlərinin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 10,4 faiz artaraq 7,1 milyard manat təşkil edib.
Dövlət Statistika Komitəsindən bildiriblər ki, əmanətlərin 4,3 milyard manatı və ya 60 faizi milli, 2,8 milyard manatı xarici valyutada qoyulub. Bu göstərici əvvəlki ildəkinə nisbətən 8,8 və 12,8 faiz artım deməkdir. Əmanətlərin 75,7 faizi özəl banklarda yerləşdirilib.
yap.org.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...