Cari ilin yanvar-fevral ayları ərzində Azərbaycana 220,9 mln. ABŞ dolları həcmində yeyinti məhsulları idxal olunub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 35,82% çoxdur. SİA-nın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, yeyinti məhsullları idxalı ölkənin cəmi idxalının 12,94%-ni əhatə edib. Yeyinti məhsullları arasında əsas paya malik buğda idxalı illik 2,1 dəfə artaraq 109,0 mln. dollar təşkil edib. Bu isə cəmi idxalın 6,39%-i həcmindədir.Hesabat dövründə şəkər idxalı 49,1% azalaraq 13,7 mln. dollar, bitki, heyvan mənşəli piylər və yağlar 7,17% azalaraq 17,3 mln. dollar təşkil edib. Bu müddətdə ət, süd, kərə yağı və meyvə-tərəvəz idxalında isə artım müşahidə edilib. Ət idxalı illik 2,5 dəfə artaraq 4,0 mln. dollar, süd 8,91% artaraq 1,3 mln. dollar, kərə yağı 65,57% artaraq 4,9 mln. dollar, meyvə-tərəvəz idxalı 2,2 dəfə artaraq 11,8 mln. dollar olub.Qeyd edək ki, cari ilin yanvar-fevral ayları üzrə Azərbaycanın cəmi xarici ticarət dövriyyəsinin həcmi 4,042 mlrd. dollar təşkil edib. Bunun da 1,707 mlrd. dolları idxal, 2,335 mlrd. doilları ixrac əməliuyytalarının payına düşüb.
sia.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...