Bu ilin yanvar-fevral aylarında pərakəndə əmtəə dövriyyəsinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,5 faiz artaraq 3,5 milyard manat olub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, istehlak mallarının 99,8 faizi özəl təsərrüfat subyektlərində, o cümlədən 11,8 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 52,9 faizi fərdi sahibkarlara məxsus ticarət subyektlərində, 35,1 faizi isə əmtəə bazarlarında satılıb. Özəl bölmə üzrə pərakəndə əmtəə dövriyyəsinin həcmi ötən ilin eyni dövrünün səviyyəsini 8,5 faiz üstələyib, bu bölmə üzrə real artımın 74,8 faizi fərdi sahibkarların ticarət fəaliyyəti sayəsində yaranıb.
AZƏRTAC
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...