PDF Oxu

İqtisadiyyat

  • 30

“Günəşli’’də qazma işlərinə başlanır

“Günəşli’’də qazma işlərinə başlanır

SOCAR-AQŞ "Günəşli’’ yatağındakı 11 saylı stasionar dəniz özülündən 344 saylı quyuda qazma işlərinə başlayır. Bu barədə SİA-ya SOCAR-AQŞ-dən məlumat verilib.Qeyd edək ki, 344 saylı quyunun Fasilə Lay Dəstəsinə (FLD) qazılması planlaşdırılır və quyunun layihə dərinliyi 3150 metr təşkil edir. Layihələndirilən quyunun plana görə gündəlik hasilatının 60 ton neft həcmində olacağı gözlənilir.Əminik ki, dəyərlərinə daim sadiq qalan SOCAR-AQŞ həmişə olduğu kimi bu və növbəti quyuları da Sağlamlıq, Texniki Təhlükəsizlik və Ətraf Mühitin Mühafizəsi (STTƏMM) tələblərinə uyğun, heç bir mürəkkəbləşməyə yol vermədən, nəzərdə tutulan vaxtdan tez və iqtisadi səmərəli şəkildə tikərək sifarişçiyə təhvil verəcək.Sifarişçi SOCAR-ın "Azneft" İstehsalat Birliyidir.

sia.az

Digər xəbərlər