Bir neçə gündür ki, Masallıda sahələrdə yazlıq əkinə başlanılıb. SİA-nın Cənub bürosunun məlumatına görə, hazırda əsasən badımcan, xiyar və bibər əkini ilə məşğul olan fermerlər istixana şəraitində becərdikləri şitilləri sahələrə köçürürlər. Ötən il sahələrdə bol məhsul götürdüklərini deyən fermerlər bu il hava şəraitinin soyuq keçməsi nəticəsində məhsuldarlığın aşağı düşməsi ilə yanaşı, məhsulun ötən illə müqayisədə 10-15 gün daha gec bazara çıxacağı qənaətindədirlər.
Fermerlərin sözlərinə görə, məhsul yığımının bir aya yaxın gecikməsi onların gəlirlərinin aşağı düşməsinə səbəb ola bilər. Belə ki, aprelin sonu, may ayının əvvəlində bazara çıxardıqları tərəvəz məhsullarının bir kiloqramını 1-2 manat arasında satan fermerlər bu il qiymətlərin daha tez aşağı düşəcəyini bildirirlər. Belə ki, istixana şəraitində becərilən məhsulların kecikməsi və açıq sahələrdə əkilən tərəvəzin onunla yanaşı bazara çıxması qiymətlərin birdən birə 50%-dən çox aşağı düşməsinə gətirib çıxarır ki, bu da fermerin əldə edəcəyi illik gəlirin aşağı düşməsinə səbəb olur.
Qeyd edəki, tərəvəz əkini Masallı rayonunun əsasən muğan zonasında aparılır. Hər il sahələrdən yığılan tonlarlla müxtəlif növ tərəvəz məhsulu paytaxt Bakıya və respublikanın ayrı-ayrı bazarlarına çıxaılır.
sia.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...