Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində Yüksək Texnologiyalar Parkında aprelin 11-də startupçılar üçün növbəti təlim keçiriləcək.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, təlim "Startup Azərbaycan 2015" müsabiqəsinin iştirakçıları üçün təşkil olunur. Təlim "Biznes - ideyalar. Biznes planların tərtib edilməsi. İnvestor axtarışı", "İdeya-Layihə-İnvestor" mövzularına həsr olunacaq. Tədbirdə Yüksək Texnologiyalar Parkının, "Startup Azərbaycan 2015" rəhbərliyinin, beynəlxalq və yerli ekspertlərin və İT biznes sahəsində çalışan sahibkarlar iştirak edəcəklər.
AZƏRTAC
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...