PDF Oxu

İqtisadiyyat

  • 27

Bakıda beynəlxalq konfrans keçiriləcək

Bakıda beynəlxalq konfrans keçiriləcək

Aprelin 9-u və 10-da Bakıda SOCAR-ın dəstəyi ilə növbəti – VIII Beynəlxalq Xəzər neft-qaz, ticarət-nəqliyyat konfransı keçiriləcək. Artıq 8-ci ildir ki, keçirilən builki konfransın təşkilatçıları Böyük Britaniyanın "Confidence Capital" şirkəti və Bakı Ali Neft Məktəbidir. Bu barədə SİA-ya Ali Məktəbin İctimaiyyətlə Əlaqələr şöbəsidən məlumat verilib.Hər il olduğu kimi bu konfrans da müasir Azərbaycanın dinamik inkişafını təmin etmiş neft strategiyasının banisi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunub.Konfransda Xəzər regionunda karbohidrogen ehtiyatlarının hasili, nəqli və satışının mövcud vəziyyəti və yaxın perspektivləri haqqında beynəlxalq ekspertlərin və Xəzəryanı ölkələrin yanacaq-enerji komplekslərinin rəhbər işçilərinin və mütəxəssislərinin məruzələri dinləniləcək.Konfrans həm də Azərbaycanın neft strategiyasının uğurlarının təbliğ edilməsi və mütəxəssislər arasında işgüzar əlaqələrin yaradılması üçün əlverişli platforma olacaq.

sia.az

Digər xəbərlər