Bəzi İtaliya şirkətlərinin Azərbaycanın işğal olunmuş ərazilərində fəaliyyəti və bu ərazilərə turist səfərlərinin təşkili, habelə İtaliyadakı sərgi və tədbirlərdə qondarma rejim təmsilçilərinin iştirakı qəbuledilməzdir.
Bunu Bakıda İtaliyanın iqtisadi inkişaf naziri Federika Quidinin başçılıq etdiyi nümayəndə heyəti ilə işgüzar görüşdə iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev deyib.
Nazir vurğulayıb ki, İtaliya hökuməti tərəfindən belə halların qarşısının alınması üçün tədbirlər görülməlidir.
yap.org.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...