Bu gün Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və Almaniyanın Türingiya İqtisadi İnkişaf Agentliyinin təşkilatçılığı ilə Azərbaycan- Almaniya Biznes Forumu keçirilir. SİA-nın xəbərinə görə, biznes forumda Almaniyanın iqtisadi cəhətdən inkişaf etmiş Türingiya bölgəsinin tanınmış şirkətlərinin nümayəndələri, habelə Türingiyanın İqtisadi İnkişaf Agentliyinin rəhbərliyi və 60-dan çox yerli şirkət təmsilçiləri iştirak ediblər. Forumda iki ölkə arasında müqavilələr imzalanacaq.Qeyd edək ki, Türingiyadan ölkəmizə işgüzar səfər edən 15-ə yaxın alman şirkətləri arasında dünya şöhrətli "EPC Engineering", "Funkwerk", "Butzbach GmbH", "Lehnard" CEPT GmbH və s. kimi şirkətlər də mövcuddur. Bu şirkətlər Azərbaycanda tərəfdaş tapmaq və əməkdaşlıq etmək niyyətindədirlər.
sia.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...