Bu il sentyabrın 28-29-da Bakıda Beynəlxalq Aktuarilər Assosiasiyasının komitələrindən biri olan Avrasiya və Orta Şərq Komissiyasının iclası keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinin rəhbəri Namiq Xəlilov məlumat verib.
"Tədbirdə 100-ə yaxın mütəxəssisin iştirakı gözlənilir. İclasa, həmçinin Beynəlxalq Aktuarilər Assosiasiyasının prezidenti də dəvət olunub. Bu, Azərbaycanda keçiriləcək ilk beynəlxalq aktuari tədbiri olacaq", - deyə Namiq Xəlilov vurğulayıb.
AZƏRTAC
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...