Mayın 4-də "Azərbaycan Dəmir Yolları" QSC-nin sifarişi ilə ölkəyə daha 72 yeni yük vaqonu gətirilib.
Bu barədə AZƏRTAC-a Səhmdar Cəmiyyətin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov məlumat verib. O bildirib ki, bu vaqonların 50-si yarımvaqon, 22-si iritonnajlı konteyner daşıyan platforma vaqonlarıdır. Bu günlərdə daha 50 yük vaqonunun gətiriləcəyi gözlənilir.Bundan əvvəl aprelin 25-də "Azərbaycan Dəmir Yolları" QSC-nin sifariş etdiyi yarımvaqon tipli 50 yük vaqonu da ölkəmizə gətirilmişdi.
AZƏRTAC
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...