PDF Oxu

İqtisadiyyat

  • 5

Araz Aslanlı: “Dördtərəfli görüş təzyiqlərin azalmasına səbəb olacaq” AÇIQLAMA

Araz Aslanlı: “Dördtərəfli görüş təzyiqlərin azalmasına səbəb olacaq” AÇIQLAMA

"Avropa İttifaqı ayrılıqda həm Azerbaycanla, həm Türkiyə ilə, həm də Türkmənistanla danışıqlar aparır". Bu sözləri SİA-ya açıqlamasında Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı deyib.Onun sözlərinə görə, Cənub Axınının reallaşması istiqamətində irəliləyişin inkişaf etdirilməməsi TANAP layihəsini yenidən gündəmə gətirdi və marağı daha da artırdı: "Bir yandan Türkmənistanla Türkiyə, digər yandan Azərbaycanla Türkmənistan formatında danışıqlar aparılır. Əvvəllər belə bir gözlənti var idi ki, böyük Cənub Axını layihəsi baş tutacaq. Sonradan məlum oldu ki, bu layihə yarımçıq qaldı. Bununla da TANAP layihəsini yavaş - yavaş görməyə başladılar. Son açıqlamada 2019-cu ilin elan edilməsi çox əhəmiyyətlidir. Reallaşma baxımından bu mövqeyin ortaya qoyulması TANAP üçün də, TAP üçün də yaxşıdır.Ekspert onu da qeyd etdi ki, Türkmənistan qazının nəqli ilə bağlı dördtərəfli görüşün keçirilməsi çox əhəmiyyətlidir: "Türkmən qazının Azərbaycana necə gələcəyi ilə bağlı daxili problemlər hələ də qalıb. Bu iradənin ortaya qoyulmasında dördtərəfli görüşün təşkil edilməsi yönələ biləcək təzyiqlərin azalmasına səbəb olur. Kimsə bununla bağlı bəyanat vermə istəyərsə, nəzərə almalıdır ki, qarşısında dörd güc var və bu dörd güc birlikdə 28 ölkə deməkdir. Bu baxımdan vaxtın qeyd edilməsi əhəmiyyətli oldu. Ola bilsin ki, bu, 2019-cu ildə reallaşmasın. Amma indidən bunun iradə şəklində ortaya qoyulması TransXəzər əməkdaşlığının imkanlarını artıracaq. Ola bilər ki, qlobal şərait ona uyğun olacaq ki, daha tez layihə həyata keçiriləcək. Bəlkə də qlobal şərait bu ölkələrin əleyhinə olacaq, heç 2020-ci ildə belə layihə reallaşdırıla bilməyəcək. Amma qərarlılığın göstərilməsi baxımından 4 tərəfli görüş çox əhəmiyyətli oldu".

sia.az

Digər xəbərlər