PDF Oxu

İqtisadiyyat

  • 9

Səhiyyə işçiləri Bakıda toplaşıb

Səhiyyə işçiləri Bakıda toplaşıb

Bu gün Bakıda xəstəxanaların idarə olunmasında müasir informasiya texnologiyalarının tətbiqinə həsr olunmuş konfrans keçirilir. SİA-nın məlumatına görə, tədbirdə Nazirlər Kabinetinin sosial məsələlər üzrə şöbəsinin müdiri Musa Ələkbərov, müdir müavini Zemfira Meybəliyeva, Adil Kərimov, Səhiyyə nazirinin müavini Elsevər Ağayev, Dünya bankı üzrə beynəlxalq ekspert Layoş Kovaks, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi Fikrət Qədiməliyev və digər qonaqlar, KİV iştirak edir.Nazirlər Kabinetinin sosial məsələlər üzrə şöbəsinin müdiri Musa Ələkbərov tədbiri açıq elan edərək deyib ki, ölkəmiz sosial-iqtisadi inkişaf yoluna qədəm qoyub: "Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu bu siyasət cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son dövlər səhiyyə sahəsində aparılan uğurlu strategiya bunu deməyə əsas verir. Səhiyyə sisteminin fəaliyyəti tək tibblə bağlı deyil. Bir sıra sosial xəstəliklər, vərəm, şiş xəstəliyindən yaranan ölüm halları azalıb. Uşaq ölümü göstəricisi 10 probil aşağı düşüb. İlbəil ölkəmizin ayrı-ayrı regionlarında, eləcə də paytaxt Bakıda yeni xəstəxanalar istifadəyə verilib. Əhalinin sosial-rifah halının yaxşılaşmasında səhiyyə sferasının rolu danılmazdır". Sonra Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin direktoru Cəbrayıl Əsəd-zadə "Elektron səhiyyə. Səhiyyədə informasiya və kommunikasiya texnologiyalarının tətbiqi" mövzusunda çıxış edərək ölkəmizdə səhiyyə sferasında qazanılan uğurlardan danışıb.Daha sonra müzakirələrə yer ayrılıb. Dünya Bankının eksperti Lajos Kovaks "Dövlət xəstəxanalarının idarə olunması: Macarıstan təcrübəsi", DGK-nın Tibbi Xidmət İdarəsinin rəis müavini Səttar Yaqubov "Xəstəxanaların müasir idarəetmə sistemi və onun xidmət-keyfiyyət standartları" mövzusunda məruzə ediblər.

sia.az

Digər xəbərlər